Üzeyir Hacıbəyli XX yüziliyin I yarısında dünya musiqi mədəniyyətində öz sözünü demiş, öz yeni dəsti-xətti ilə seçilən böyük bəstəkarlardan biridir.
O, öz yaradıcılığı və geniş fəaliyyəti ilə Şərq və Qərb musiqi mədəniyyətlərinin yaxınlaşması və qarşılıqlı faydalanması yolunda ən böyük və ən cəsarətli addımlar atmış ilk sənətkar-musiqiçilərdən biridir.
Üzeyir Hacıbəyli Azərbaycan musiqi mədəniyyəti tarixində yeni inkişaf yollarının və milli bəstəkarlıq məktəbinin özülünü qoymuş, Azərbaycan musiqisi tarixində ilk opera, ilk musiqili komediya və bir sıra digər janrlarda, ilk nümunələrin yaradıcısı kimi tanınmışdır.
O, ilk azərbacanlı folklorçu-bəstəkar və Azərbaycan musiqisinin lad (məqam) nəzəriyyəsini araşdırıb üzə çıxarmış və əsaslandırmış ilk azərbaycanlı musiqişünas-alimdir. Üzeyir Hacıbəyli, yüz illik dövr keçsə də, hələ də ədəbi-bədii dəyərini itirməmiş yazıları ilə tanınan publisist, felyetonçu və librettoçu-dramaturqdur. Üzeyir Hacıbəyli görkəmli yenilikçi, müəllim-ustad və Azərbaycanda ən böyük musiqiçi-ictimaiyyətçı kimi, Şərqdə ilk musiqili teatrın və ilk Konservatoriyanın yaradıcısı və ilk yolgöstərəni, sükançısı kimi Azərbaycan xalqının tarixində və mədəniyyətində ən böyük simalardan biri kimi yaşayır və yaşayacaq.
Əbdülhüseyn bəy və Şirinbəyim xanım Hacıbəyliların ailəsində Üzeyir Hacıbəyli anadan olmuşdur.
Şuşada Ə.Haqverdiyevin təşəbbüsü və rəhbərliyi ilə M.Füzulinin «Leyli və Məcnun» poeması əsasında göstərilmiş «Məcnun Leylinin məzarı üstundə» adlı musiqili səhnəcikdə Ü.Hacıbəyli xor dəstəsində iştirak etmişdir.
Ü.Hacıbəyli Şuşada Haşım bəy Vəzirovun müdir olduğu rus-tatar məktəbini bitirmişdir.
Ü.Hacıbəyli Qori müəllimlər seminariyasına qəbul olunmuşdur.
Ü.Hacıbəyli Qori müəllimlər seminariyasını bitirib, ibtidai məktəb müəllimi diplomu almışdır.
Ü.Hacıbəyli Hadrut kənd məktəbində müəllim işləmiş, burada rus dili, hesab, tarix və musiqidən dərs demişdir.
Ü.Hacıbəyli Bakı şəhərinə köçmüşdür. Ədəbi-publisistik fəaliyyətə başlayaraq «Həyat» qəzetində tərcüməçi işləmişdir. Həmin gündən nəşr edilməyə başlayan «İrşad» qəzetinin əməkdaşı olmuşdur.
Ü.Hacıbəyli Bakı şəhərinə köçmüşdür. Ədəbi-publisistik fəaliyyətə başlayaraq «Həyat» qəzetində tərcüməçi işləmişdir. Həmin gündən nəşr edilməyə başlayan «İrşad» qəzetinin əməkdaşı olmuşdur.
Həmin gündən nəşr edilməyə başlayan «İrşad» qəzetinin əməkdaşı olmuşdur.
Bakı şəhəri yaxınlığındakı Bibiheybət kənd məktəbində ana dili, rus dili, riyaziyyat, çoğrafiya və musiqi müəllimi olmuşdur.
«Leyli və Məcnun» operası üzərində işə başlamışdır.
Ü.Hacıbəyli-un tərtib etdiyi «Mətbuatda istifadə olunan siyasi, hüquqi, iqtisadi və əsgəri sözlərin türki-rusi və rusi-türki lüğəti» Orucov qardaşlarının mətbəəsində çapdan çıxmışdır.
«Hesab məsələləri» kitabını yazmışdır.
Professional Azərbaycan musiqisinin əsasını qoymuş «Leyli və Məcnun» operasının ilk tamaşası olmuşdur. Üzeyir bəy «İrşad» qəzeti redaksiyasında jurnalistlik fəaliyyətini davam etdirmişdir.
Ü.Hacıbəyli «Səadət» müsəlman xeyriyyə cəmiyyətinin açdığı eyniadlı məktəbdə rus dili, hesab və təbiiyyat fənlərindən dərs demişdir.
Ü.Hacıbəyli «Tərəqqi» qəzeti ilə əməkdaşlıq etmişdir.
Əhməd bəy Ağaoğlu xaricə getdikdən sonra həmin ilin oktyabrınadək (qəzet çar hökuməti tərəfindən bağlananadək) Ü.Hacıbəyli qəzetin redaktoru olmuşdur.
Bakıda «Şeyx Sənan» operasının ilk tamaşası olmuşdur.
Ü.Hacıbəyli Məleykə xanım Terequlova ilə evlənmişdir.
Ü.Hacıbəyli Bakıda çıxan «Həqiqət» qəzetinin naşiri və baş redaktoru olmuş, 121 sayınadək qəzetə rəhbərlik etmişdir.
Bakıda «Ər və arvad» musiqili komediyasının ilk tamaşası olmuşdur.
«Həqiqət» qəzetinin redaktoru vəzifəsindən imtina etmişdir.
Bakıda «Rüstəm və Söhrab» operasının ilk tamaşası olmuşdur.
Bakıda «O olmasın, bu olsun» musiqili komediyasının ilk tamaşası olmuşdur.
Bakıda «Şah Abbas və Xurşid Banu» operasının ilk tamaşası olmuşdur.
Bakıda «Əsli və Kərəm» operasının ilk tamaşası olmuşdur.
Ü.Hacıbəyli musiqi təhsili almaq üçün Moskvaya getmiş, Moskva filarmonik cəmiyyəti nəzdində İlyinskinin xüsusi musiqi kursunda təhsil almışdır. Moskvadan göndərdiyi satirik hekayə və felyetonlar «İqbal» qəzetində dərc olunmuşdur. Maddi ehtiyac üzundən Ü.Hacıbəyli Moskvada musiqi təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır.
Ü.Hacıbəyli Peterburq şəhərinə gedərək, Peterburq konservatoriyasına daxil olmağa hazırlaşmışdır.
Ü.Hacıbəyli «Arşın mal alan» musiqili komediyası üzərində işləmişdir.
Bakıda «Arşın mal alan» musiqili komediyasının ilk tamaşası olmuşdur.
Ü.Hacıbəyli Peterburq konservatoriyasına qəbul olunmuşdur.
Ü.Hacıbəyli təhsilini yarımçıq qoyub, Bakıya qayıtmışdır. «Harun və Leyla» operası uzərində işləmişdir.
«Harun və Leyla» operasının librettosu nəşr olunmuşdur.
Ü.Hacıbəyli «Yeni iqbal» qəzetinin redaktoru vəzifəsində işə başlamışdır.
Ü.Hacıbəyli«Yeni iqbal» qəzetinin sahibi və baş redaktorudur.
Ü.Hacıbəyli «Yeni iqbal» qəzetindən uzaqlaşmışdır.
Ü.Hacıbəyli Azərbaycan opera artistlərinin İranın Ənzəli və Rəşt ş.-lərinə qastrol səfərinə rəhbərlik etmişdir.
Ü.Hacıbəyli Bakıda «Azərbaycan» qəzeti ilə əməkdaşlıq etməyə başlamışdır.
Ü.Hacıbəyli «Azərbaycan» qəzetinin redaktoru vəzifəsinə təyin olunmuş və 1920 il aprelin 28-dək bu vəzifədə fəaliyyət göstərmişdir.
Ü.Hacıbəyli musiqi akademiyası və xalq konservatoriyası açmağın və keçmiş musiqi məktəblərinin binalarını onlara verməyin zəruriliyi haqqında xalq maarif komissarına məruzə təqdim etmişdir.
Qadınlar klubu (sonralar Ə. Bayramov ad. klub) nəzdində xalq çalğı alətləri orkestrini təşkil etmişdir.
ADK-da Şərq musiqisi şöbəsi təşkil etmək haqqında Xalq Maarif Komissarlığına məruzə təqdim etmişdir.
Xalq Maarif Komissarlığı incəsənət şöbəsində musiqi bölməsinin mudiri vəzifəsinə təyin olunmuşdur
ADK-nı yenidən qurmaq barədə xalq maarif komissarına məruzə təqdim etmişdir. Həmin məruzə ADK-nın yaradılması üçün proqram kimi təsdiq edilmişdir.
ADK-da zərb alətləri sinfi açmağın zəruriliyi haqqında təşəbbüs qaldırmışdır.
Ü.Hacıbəyli özünün təşəbbüsü ilə təsis olunmuş Azərbaycn Dövlət Türk Musiqi Məktəbinə rəhbərlik etmişdir.
Azərbaycan Dövlət Dram Teatrının repertuar komissiyasına cəlb olunmuşdur.
Bakı Zəhmətkeş Xalq Deputatları Sovetinə deputat seçilmişdir.
Ü.Hacıbəylinin rəhbərliyi altında Azərbaycan Dövlət Türk Musiqi Texnikumu tələbələrinin gücü ilə «Arşın mal alan» musiqili komediyası tamaşaya qoyulmuşdur.
Azərbaycan Dövlət Türk Musiqi Texnikumu ADK ilə birləşdirilmişdir.
Ü.Hacıbəyli konservatoriyanın prorektoru təyin olunmuşdur. Konservatoriya nəzdində çoxsəsli tələbə xorunun təşkilinə təşəbbüs göstərmişdir.
Ü.Hacıbəylinin və M. Maqomayevin ümumi redaktorluğu ilə «Azərbaycan türk el nəğmələri» məcmuəsi nəşr olunmuşdur. Məcmuənin tərtibçiləri Ü.Hacıbəyli, M.Maqomayev və Z.Hacıbəyov
Ü.Hacıbəyli Azərbaycan aşıqlarının birinci qurultayında «Aşıq sənəti» mövzusunda məruzə etmişdir.
Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin olunmuş və 1929 ilədək bu vəzifədə çalışmışdır.
ADK-da Azərbaycan xalq musiqisi şöbəsinin müəllimi və müdiri olmuşdur.
Ü.Hacıbəyli birinci notlu Azərbaycan xalq çalğı alətləri orkestrini təşkil etmişdir.
Ü.Hacıbəyli «Koroğlu» operası üzərində işləmişdir.
Ü.Hacıbəyli Azərbaycan Bəstəkarlar İttifaqının üzvü seçilmişdir.
ADK-da «Ali məktəbdə tar və kamançanın perspektivləri» mövzusunda məruzə etmişdir.
«Azərbaycan SSRİ əməkdar incəsənət xadimi» fəxri adına layiq görülmüşdür.
Ü.Hacıbəyli Azərbaycan Dövlət xorunu təşkil etmişdir.
Bakıda «Koroğlu» operasının ilk tamaşası olmuşdur. Ü.Hacıbəyli «Azərbaycan SSRİ xalq artisti» fəxri adına layiq görülmüşdür.
Ü.Hacıbəyli birinci çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.
Ü.Hacıbəyli Moskvada Azərbaycan incəsənəti ongünlüyündə iştirak etmişdir.
«SSRİ xalq artisti» fəxri adına layiq görülmüş, Lenin ordeni ilə təltif olunmuşdur.
Azərbaycan SSRİ Bəstəkarlar İttifaqının sədri seçilmişdir.
Azərbaycan Dövlət Konservatoriyasının rektoru vəzifəsinə təyin edilmişdir.
SSRİ Bəstəkarlar İttifaqının birinci qurultayının təşkilat komitəsinin üzvü seçilmişdir.
P.İ.Çaykovski adına Moskva Konservatoriyasında «Azərbaycan xalq musiqisinin əsasları» mövzusunda məruzə etmişdir.
Ü.Hacıbəyli professor adı almışdır.
«Koroğlu» operasına görə Stalin mükafatına layiq görülmüşdür.
Ü.Hacıbəyli ikinçi çağırış SSRİ Ali Sovetinə deputat seçilmişdir.
Ü.Hacıbəyli orduya bədii xidmət sahəsində respublikada hamilik işlərinin rəhbəri təyin olunmuşdur.
Muğam və xalq mahnılarının ifası məsələsinə dair müşavirədə çıxış etmişdir.
«Koroğlu» operası AOBT-nda rus dilində tamaşaya qoyulmuşdur.
SSRİ EA-nın Azərbaycan filialının incəsənət bölməsinin rəhbəri təyin olunmuşdur.
Gənc ifaçıların resp. müsabiqəsinin münsiflər heyətinə sədrlik etmişdir.
Ü.Hacıbəyli Tbilisi şəhərində keçirilmiş Zaqafqaziya respublikaları musiqi ongünlüyünün təşkilatçılarından biri, Azərbaycan nümayəndə heyətinin bədii rəhbəri olmuşdur.
Azərbaycan Dövlət Simfonik Orkestrinə Ü.Hacıbəylinin adı verilmişdir.
«Azərbaycan xalq musiqisinin əsasları» monoqrafiyası nəşr olunmuşdur.
Azərbaycan SSRİ Elmlər Akademiyasının həqiqi üzvü seçilmişdir.
«Qırmızı Əmək Bayrağı» ordeni ilə təltif edilmişdir.
Ü.Hacıbəylinin anadan olmasının 60 illik yubileyi keçirilmişdir.
Azərbaycan SSRİ Elmlər Akademiyası İncəsənət İnstitutunun direktoru təyin olunmuşdur.
Musiqi ifaçılarının Ümumittifaq müsabiqəsinin münsiflər heyətinin üzvü seçilmişdir.
«Arşın mal alan» kinofilminin musiqisinin müəllifi kimi Stalin mükafatına layiq görülmüşdür.
Üzeyir Hacıbəyli vəfat etmişdir.