Ü.Hacıbəylinin ilk operası. 1907-ci ildә yazılmış, 1908-ci il yanvarın 25-dә Tağıyev teatrında ilk tamaşası olmuşdur. İlk redaktәdә әsәr 5 pәrdә vә 6 şәkildә, sonrakı quruluşlarda 4 pәrdә, 6 şәkildә idi. "Leyli vә Mecnun"-la Azәrbaycan musiqi mәdәniyyәti tarixindә yeni bir dövr açılmış, eyni zamanda müsәlman Şәrqindә opera janrının әsası qoyulmuşdur.
Opera M.Füzulinin eyniadlı poemasının motivlәri әsasında yazılmışdır. Librettonun müәllifi Ü.Hacıbeylidir. O, poemanın әsas ideya mәzmununu, şerlәrini olduğu kimi saxlamış, eyni zamanda orta әsr Şәrq alәminin ziddiyyәtli müһitini daһa qabarıq vermişdir. Belәliklә Ü.Hacıbəyli keçmişin obrazları vasitәsilә yaşadığı dövrün gәrgin inkişafı ilә seçilәn demokratik proseslәrini açıb göstәrmişdir.
Ü.Hacıbəylinin operası. Bәstәkarın yaradıcılığında kulminasiya mәrһәlәsi olan "Koroğlu" dünya klassik operaları sırasında parlaq nümunәlәrdәn biridir. 5 pәrdәli bu operanın libretto müәlliflәri H. İsmayılov vә M. S. Ordubadidir.
Librettonun yaradılmasında Ü.Hacıbəyli fәal iştirak etmişdir. Opera üzәrindә 1932—36-ci illәrdә işlәmiş, ilk tamaşa 1937-ci il aprelin 30-da AOBT-nda olmuşdur. Azәrbaycanda, ümumiyyәtlә Zaqafqaziyada, Orta Asiya, Türkiyә vә İranda geniş yayılmış "Koroğlu" xalq dastanı operanın süjet әsasını tәşkil edir. Operanın musiqisindә Azәrbaycan xalqının tarixi taleyi, xarakteri, psixologiyası, bütövlükdә dünyagörüşü әksini tapmışdır. "Koroğlu" tipik xalq qәһrәmanlıq dastanıdır. "Koroğlu"-da opera sәnәtinә xas bütün әlamәtlәr bәstәkarın milli musiqi tәfәkkürü süzgәcindәn keçәrәk kamillik sәviyyәsindә yaradılmışdır.